Bu gün, iyunun 1-də Azərbaycandan Həccə sənəd qəbulu sona çatıb. Bu barədə QMİ-yə istinadən Modern.az xəbər verib.
Məlumata görə, zəvvarlar iyunun 29-30-da və iyulun 1-2-də səfərə yola düşəcək.
Qeyd edək ki, Azərbaycandan Həccə 680 nəfər zəvvar ziyarətə gedəcək. Səfər qiyməti adambaşına 9106 AZN təşkil edir.