Dövrünün İslam alimlərindən biri olan Ayətullah əl-Üzma Mollaağa Abid Ramazan oğlu XIX əsrin sonlarında Dərbənd şəhərində anadan olub.

Abid Ramazan oğlu ibtidai dini təhsilini Dərbənddə alır. O, ali təhsil almaq üçün Nəcəfi-Əşrəfə köçür. Dərbəndi burada üsul və fiqhin xaric dərslərini tanınmış ustad Ayətullah Şeyx Əli Kəşiful Ğitadan alır. Sonra o, Kərbəla şəhərinə səfər edir və burada alim Ayətullah Şərəful-üləma Mazandaraninin elmindən bəhrələnir. Burada alim yüksək elmi məqama çatır.

Təhsilini başa vurduqdan sonra Dərbəndi Nəcəfə qayıdır və ali səviyyədə dərsləri tədris etməyə başlayır. Onun kəlam və hikmət elmlərində bilikləri var idi. İraqda təhsil aldıqdan sonra alim Tehrana gəlir, burada müxtəlif məclislərdə çıxış edir.

Dərbəndinin müxtəlif elmlərə aid “Əkbərul-İbadət”, “Xəzainul-üsul”, “Risalətul fil-Əkbər”, “Cəvahirul-iyqan” kimi əsərlərini qeyd etmək olar.

Mənbə:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.