Spirt növlərindən asılı olmayaraq pak sayılır, lakin onu içmək icazəli deyil.

Bu maye insanı sərxoş etməsə belə, əgər onu çox miqdarda içmək insanı sərxoş edərsə, az miqdarda da qəbul etmək haram sayılır.

Bir çox dərmanların tərkibində spirt mövcuddur. Məsələn: pişikotu (valeryan), anaotu (pustırnik) kimi məşhur dərmanların tərkibində “etanol” adlı spirt var. Şəriət baxımından dərmanların tərkibində az miqdarda spirt olsa belə (məsələn 4%), bu cür dərmanların qəbulu icazəli deyil. Lakin ona su qatmaqla duruldularaq tərkibində cüzi miqdarda (məsələn 2% və daha az) spirt qalsa, bu halda onun qəbulunun eybi yoxdur.

Qeyd edək ki, tərkibində spirt olan kosmetik vasitələrdən, ətirlərdən istifadə etmək olar və onlar, həmçinin pak sayılır.

*Məqalə Ayətullah Sistaninin hökmlərinə əsasən yazılıb.