Mayın 30-da İranın İslam hövzələrinin müdiri Ayətullah Əlirza Ərafi Roma Papası ilə görüşüb. Bu barədə irna.ir xəbər verib.
Görüş Əlirza Ərafinin Vatikana səfəri çərçivəsində baş tutub. Belə ki, seminariyalar rəhbəri Vatikanın elmi mərkəzləri və din xadimlərinin dəvəti ilə İtaliyaya gəlib.
Tərəflər dinlər arasında qarşılıqlı əlaqədən danışıblar. Bundan əlavə, görüşdə dünyada insanlara edilən zülm və pisliklər barədə müzakirələr aparılıb.
Ötən ilin mart ayının 6-da Nəcəfdə Ayətullah Sistaninin və Roma Papasının görüşü keçirilib. Həmin ilin sentyabrında isə sözügedən görüşə aid üzərində hər iki dini liderin şəkli olan poçt markaları çap olunub.