İyulun 9-10-da Qurban bayramı ilə əlaqədar Bakı və Abşeronda yarmarka keçiriləcək. Bu barədə Report xəbər verib.

Yarmarka Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə qurulacaq.

Məlumata görə, yarmarka 11 müxtəlif ünvanda baş tutacaq və artıq bunun üçün hazırlıq işlərinə başlanılıb.

Ötən il 16 iyul tarixində Azərbaycanda Qurban bayramı ilə əlaqədar qoyunların satışı üçün onlayn yarmarka təşkil olunub. Heyvanların Azərbaycanın bölgərindən gətirildiyi və şəriət qaydalarına uyğun kəsildiyi bildirilib.

Bu il Azərbaycanda Qurban bayramının 9-10 iyul tarixlərinə təsadüf etməsi gözlənilir.