Dövrünün alimlərindən biri olan Ayətullah Hacı Şeyx Qulam Hüseyn Dərbəndi Nəcəfi XIX əsrin ortalarında Dərbənd şəhərində anadan olub.
Şeyx Qulam Hüseyn ibtidai dini təhsilini Dərbənddə alır. O, ali təhsil almaq üçün Nəcəfi-Əşrəfə köçür, burada üsul və fiqhin xaric dərslərinin bəhsinə başlayır. Onun ustadlarından Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəşti, Mövla Məhəmməd Fazil İrəvani və Şeyx Məhəmməd Həsən Mamaqaninin adlarını qeyd etmək olar. Burada Şeyx yüksək elmi məqama çatır və ustadların dediklərini əlyazma şəklinə salır. Ayətullah əl-Üzma Şeyx Əbdullah Mamaqani onun yetirməsi hesab edilir.
Alimin “Hədiqul-üsul”, “Risalətul-həsən vəl quluhul-mutəəllimin”, “Risalətu muqəddəmatul vacib”, “Əttaləhu fi ədillətis-sunən”, “Təraiqur-riyaz” kimi əsərlərini qeyd etmək olar.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.