Əfqanıstanın Pərvan əyalətində məscidi oğrulardan qoruyan yaşlı müəzzin qətlə yetirilib. Bu barədə Shafaqna mayın 31-də xəbər yayıb.

Belə ki, oğrular yaşlı kişidən onlara məscidin açarını verməsini tələb ediblər. Lakin müəzzin oğrulara rədd cavabı verdiyi üçün qətlə yetirilib. O, ibadətgahın qapısındaca canını tapşırıb.

Yaşlı müəzzinin qatilləri axtarılır.