Hindistan Üləma Dərnəyi ölkədə yayılan dini düşmənçilikdən narahatlığını bildirib. Bu haqda mayın 29-da İQNA “Dean Herald”a istinadən xəbər paylaşıb.

Məlumata görə, hökumət azlıqlara qarşı nifrət yayanlara göz yumur, ölkə əhalisi isə nifrətlə doldurulur. Alimlər etnik mənsubiyyət və anti-müsəlman təbliğatının güclənməsini azadlıq, ədalət və Hindistanın gələcəyi üçün təhlükə adlandırıb. Alimlər şurası bu cür ünsürlərin fəaliyyətinin dərhal dayandırılmasını istəyib.

Hindistan Üləma Dərnəyi, həmçinin qeyd edib ki, müsəlman cəmiyyəti ölkədəki bəzi qurumların törətdiyi zülmə təslim olmayacaq.

Qeyd edək ki, daha öncə Hindistanda 900-dən çox məsciddə azan səsinin kəsilməsi qərara alınıb. Son aylarda Hindistanın əyalətlərində hicaba qarşı qadağalar tətbiq edilir. Şagird və tələbələrə dərslərdə hicabla iştirak etməyə icazə verilmir.