BMT-nin baş katibi Antonio Quterreş həzara şiələrinin öldürülməsini pisləyib. Bu barədə shia-news xəbər verib.

Quterreş Əfqanıstanda ən azı 8 uşağa və çoxlu sayda həzara şiələrinə edilən hücumları qətiyyətlə tənqid etdiyi deyib.

Mayın 25-də Əfqanıstanın Məzari-Şərif şəhərində 3 partlayış törədilib. İlkin məlumata görə, hadisələr nəticəsində 9 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.