Bu gün, mayın 30-da Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Buna səbəb isə ayrılan yerlərin dolmasıdır. Bu barədə Bizim.Media xəbər verib.

Məlumata görə, sənəd qəbuluna may ayının 25-də başlanılıb. QMİ-nin sədr müavini Salman Musayevin sözlərinə görə, prosesin iyunun 24-dək davam etməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan üçün ayrılan 680 nəfərlik kvotanın tamamlanması bildirilib. Bu üzdən artıq ziyarət üçün sənəd qəbul olunmur.

Bu il Azərbaycandan Həccə ziyarətin qiyməti 9106 manat təşkil edir. Bu isə əvvəlki səfərə nisbətdə 1460 manat çoxdur.

Qeyd edək ki, sənəd qəbulunun ilk günü ziyarət üçün müraciət edən olmayıb. Lakin son 4 gündə 680 nəfərin müraciəti qəbul edilib.