Misirin Əl-Əzhər Universitetinin Şeyxi Əhməd Ət-Tayyib Qahirədəki İmam Hüseyn (ə.s) məscid-türbə kompleksini ziyarət edib. Bu barədə mayın 30-da İQNA xəbər verib.

Misir Şeyxi məsciddə aparılan təmir işləri ilə tanış olub. Ət-Tayyibə ibadətgahda görülən işlər və memarlıq bəzəkləri haqda məlumat verilib.

Türbənin inşa tarixi 1154-cü ilə aid edilir. Bir sıra müsəlmanın inancına görə, sözügedən məsciddə İmam Hüseynin (ə.s) kəsilmiş başı dəfn olunub.

2021-ci ilin dekabrında Misirin prezidenti ölkədə olan Əhli Beyt (ə.s) abidələrinin təmir olunması ilə bağlı göstəriş verib. Bu ilin aprelində isə Qahirədə İmam Hüseyn (ə.s) məscidinin açılış mərasimi baş tutub.