Aqrada yerləşən Tac Mahal memarlıq kompleksinə daxil olan məsciddə turistlər namaz qıldıqları üçün həbs ediliblər. Bu barədə mayın 27-də İslamnews xəbər yayıb.

Hindistan hakimiyyəti daha əvvəl müsəlmanlara cümə günü istisna olmaqla, həftənin bütün günləri Tac Mahal məscidində namaz qılmağı qadağan edib. Hindistanın digər şəhərindən gələn dörd turist isə cümə axşamı namaz qılmağa qərar verib.

Saxlanılanlar “iğtişaş təşkil etmək məqsədi ilə üsyan və təxribat” maddəsi əsas götürülməklə ittiham olunublar. Aqrada yaşayan müsəlmanlar din yoldaşlarının məsciddə namaz qıldıqlarına görə həbs edilməsi xəbərini hiddətlə qarşılayıblar.

Qeyd edək ki, daha öncə hindistanlı müsəlmanların etirazlarına 900-dən çox məsciddə azan səsinin kəsilməsi qərarı olub.