İraqlı 25 yaşlı xəttat Qasim Məhəmməd Rza düyü üzərində Quran ayələrini yazıb. Bu barədə mayın 27-si Shafaqna xəbər verib.

Gənc sənətkarın sözlərinə görə, düyü dənəsinin üzərində 10-dək söz yerləşir. “Mən düyü dənəsinin üzərində İxlas surəsinin hamısını yazmışam. Həmçinin mərcimək dənəsinin üzərində Allahın adlarını da yazmışam”, – deyə Qasim əlavə edib.

Qasim Məhəmməd Rza İraqın Bağdad şəhərində yaşayır. O, Təsviri incəsənət fakültəsinin məzunudur və hazırda şəhərin kitab mağazalarının yerləşdiyi küçədə kiçik piştaxtanın önündə çalışır. Xəttat alıcıların istəkləri əsasında düyü dənələrinin üzərində adlar yazır. Qasim Məhəmməd Rza bu işinə 2009-cu ildə hobbi kimi başlayıb, 2017-ci ildə isə dostunun köməyi ilə hobbini peşəyə çevirib.