Dövrünün görkəmli din xadimi, fəqih, mütəfəkkir Ayətullah Hacı Şeyx Cavad 1870-ci ildə Nəcəfdə anadan olub.

O, ilk dini təhsilini Nəcəfin məşhur alimlərindən olan Şeyx Əbdül Əla Xəmasi, Şeyx Həsən Mirzə və Şeyx İbrahim Salyani Qafqazidən, üsul və fiqhin ali qismini Ayətullah əl-Üzma Seyyid Məhəmməd Kazim Yəzdi, Şeyx Şəriət İsfahanidən kəsb edib. Daha sonra Şeyx Cavad Nəcəfi alim Ayətullah Seyyid Hüseyn Badkubeyi və Ayətullah Şeyx Əbdül Həsən İsfahanidən fəlsəfə və irfan dərsi alır, yüksək elmi məqama nail olur. Bundan sonra o, İslam alimləri yetişdirməklə məşğul olur.

Şeyx Cavad Nəcəfinin “Təliqe be riyazil-Məsail”, “Təliqe bər xəyyarati Məkasib”, “Kitabi dər riyaziyyat” kimi əsərlərini qeyd etmək olar.

Mənbə:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.