Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov Həcc ziyarətinə yollanmağı düşünür. Bu barədə mayın 27-də Gundem.az xəbər verib.

Bildirilib ki, keçmiş dövlət məmuru ziyarət üçün tələb olunan sənədləri artıq təqdim edib və səfər ödənişini də verib.

Məlumata görə, Ziya Məmmədov vəzifədən azad olunandan sonra vaxtının böyük hissəsini anadan olduğu Ucar rayonunun Qazıqumlaq kəndində keçirir. Onun qardaşı Elton Məmmədovun verdiyi məlumata əsasən, sabiq nazir vaxtını Quran oxumaqla keçirir.

Bundan öncə, fevral ayında daha bir keçmiş məmurun dinlə məşğul olması haqda xəbər yayılmışdır. Belə ki, həbsdə olan İmişli rayonunun icra başçısı Vilyam Hacıyev namaza başlayıb.