Türkiyədə, İzmirin Torbalı rayonunun məscidində axşam azanı yerinə musiqi səsləndirildi. Məlumata görə, hadisənin Yunus Emre və ya Ayrancılar mərkəzi məscidində baş verdiyi iddia olunur. Bu barədə mayın 26-da Haber Global xəbər verib.

Bildirilib ki, azan əvəzinə məscidin minarəsindən Bülent Ersoyun “Üzünü görə bilmirəm” mahnısı yayımlanıb. Məscid xidmətçiləri səs avadanlıqlarına müdaxilə edərək səsgücləndiricilərini söndürüblər.

Baş verənlərlə bağlı araşdırma aparılır.

Bundan öncə də Türkiyədə bənzər hadisələr baş verib. Belə ki, 2020-ci il mayın 20-də İzmirdə 2 gün ardıcıl bəzi məscidlərdən müxtəlif mahnılar səsləndirilib.