Mayın 26-da Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Zəngilan məscidinin tikinti işləri ilə tanış olublar. Bu barədə president.az xəbər verib.

Ermənistanın Qarabağı işğal altında saxladığı dövrdə Zəngilandakı məsciddən tövlə kimi istifadə edilib. Lakin hazırda ibadətgahın bərpası işləri aparılır.

Bildirilib ki, məscidin təməli qoyulduğu gündən tikinti işləri fasiləsiz olaraq davam edir. Layihə “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Zəngilan məscidinin bərpasına ötən ilin 26 aprel tarixində başlanılıb.