Görkəmli alim və fəqih Ayətullah Hacı Şeyx Əbdül Cəbbar İrəvani Maraği 1820-ci ildə İrəvan şəhərində anadan olub.
İrəvani İslam dininin müqəddimə elmlərini öyrəndikdən sonra, təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə yollanır. O, Nəcəfdə üsul, fiqh, fəlsəfə və hikmət elmlərini öyrənir. Hacı Şeyx Əbdül təhsilini bitirdikdən sonra İrəvana qayıdır.
Lakin alim İrəvan şəhərinə qayıdan zaman, din xadimlərinə qarşı hücumlar başlayır. Bu səbəbdən İrəvani İranın Marağa şəhərinə köçür. O, burada İslam elmlərini tədris edir.
Ayətullah Hacı Şeyx Əbdül Cəbbar İrəvani Maraği 1922-ci ildə, 102 yaşında dünyasını dəyişib və Marağa şəhərinin Müctəhidlər qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.