İngiltərənin ən qədim məscidlərindən birində yenidənqurma işləri aparılır. Bu barədə mayın 26-sı İQNA xəbər verib.

İbadətgahda aparılan işlər ianələr hesabına icra olunur. Yenidənqurma işlərindən sonra məscidin tutumu 450 nəfər təşkil edəcək.

Rizvan adlı məscid Blekbörn şəhərinin Nyuton küçəsində yerləşir. İbadət evi 1970-ci illərdə inşa olunub. İnşadan sonra məscid, həmçinin toy və xüsusi tədbirlərə ev sahibliyi edib.

Hazırda şəhərdə 150 minə yaxın müsəlman yaşayır.