Xalq yazıçısı Çingiz Abdullayev öz dini inanclarından danışıb. Yazıçı İmam Hüseynin (ə.s) şəhadətinin qəhrəmanlıq olduğunu hesab edir. Bu barədə o, kulis.az-a müsahibəsində bildirib.

Çingiz Abdullayev ona müsəlman olub-olmaması barədə verilən suala təsdiqlə cavab verib. O, həmçinin Məkkədə, Mədinədə, Qüdsdə və Məşhəddə olduğunu qeyd edib.İmam Hüseyni, onun inancı, ideyaları yolunda həlak olmasını qəhrəmanlıq hesab edirəm, – deyə Abdullayev əlavə edib.

2019-cu ildə yazıçı cənnət və cəhənnəm arasında seçim etməli olsa cəhənnəmi tərcih edəcəyini bildirib. O, bu fikri belə əsaslandırıb: “Təbii ki, cəhənnəm. Mən onu demişəm. Ona görə ki, cəhənnəmdə yaxşı kampaniya olacaq. Cənnətdə oturub, kiminlə danışacaqsan? Görün cəhənnəmdə necə insanlar olacaq? Maraqlı qadınlar olacaq, kişilər olacaq. Burda görmədiyimi cəhənnəmdə görəcəyəm. Əgər məni eşidirlərsə, çox xahiş edirəm ki, cəhənnəmə göndərsinlər”.