Azərbaycandan Həcc ziyarətinə gediş tarixləri açıqlanıb. Bu barədə mayın 25-də QMİ-nin sədr müavini Salman Musayev ARB24-də müsahibəsində bildirib.

QMİ rəsmisinin sözlərinə əsasən, gedişlər iyun ayının 29, 30-da və iyul ayının 1, 2-də baş tutacaq. Geri dönüş isə iyulun 29 və 30-da Mədinə şəhərindən həyata keçiriləcək.

Ziyarətə sənəd qəbulu mayın 25-dən başlayıb və iyunun 24-dək davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, Həcc ziyarətinə gediş üçün 18-65 yaş arasında olan şəxslər müraciət edə bilərlər. Zəvvarlar mütləq şəkildə 2 doza vaksinlə peyvənd olunmalıdırlar. Üstəlik Səudiyyə Ərəbistanına daxil olmazdan 72 saat əvvəl PCR testi də verilməlidir.