Ayətullah Şeyx Əli Lənkərani 1835-ci ildə anadan olub.

O, ilk təhsilini öz atası Ayətullah Hacı Şeyx Hüseyn Fazil Lənkəranidən öyrənib və Nəcəfə mühacirət edib. Bu elm ocağına fəqih Mirzə Həbibullah Rəştidən üsul və fəqih elmlərini öyrənir. Ayətullah təhsilini başa vurduqdan sonra Tehrana qayıdır və ömrünün sonuna kimi bu şəhərin “Səngələc” məntəqəsində, İslam dininə xidmət edib. Bununla özünə yüksək etimad və ehtiram qazanmışdır.

Şeyx Əli İranda “Məşrutə” inqilabının başçısı Şeyx Fəzlullah Nurinin yaxın köməkçilərindən biri idi və bu hərəkatı qanuni bilirdi. Şeyx Fəzlullah Nuri Quma etdiyi uzun müddətli səfərindən sonra Tehrana qayıtdığı zaman Şeyx Əli onu qarşılayanların ön cərgəsində idi.

Sonralar Şəhid Fəzullahın “Şah Əbdül-Əzim” də təşkil etdiyi məclislərdə iştirak edər və qardaşı Hüseyn Lənkəranini də özü ilə həmin məclislərə aparardı.

Şeyx Əli ilə Şəhid Fəzullahın münasibəti o qədər səmimi idi ki, Şeyx Fəzullahın həbs olunub şəhadətə yetdiyi günlərində, onun dostlarından bir neçəsi canlarını qorumaq üçün Şeyx Əli Lənkəraninin evinə pənah apardılar və beləliklə ölümdən xilas oldular.

Rza Şahın əmri ilə “Səngələc” məhəlləsində bütün mənzillər dağıdılmışdır. Lakin şahın adamları Şeyx Əlinin evin dağıtmağa cürət etmirlər. Buna səbəb isə camaatının ona hədsiz ehtiram etməsi ilə bağlı idi.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.