Mayın 25-i axşam saatlarında Əfqanıstanın paytaxtı Kabulda Həzrət Zəkəriyyə məscidində partlayış baş verib. Bu barədə Shia News xəbər verib.
Partlayış nəticəsində şəhid olunanların və yaralananların sayı 30-dan çox qeydə alınıb.
Həmin axşam Əfqanıstanın Bəlx vilayətinin mərkəzi Məzari-Şərif şəhərinin beşinci rayonunda ən azı daha üç partlayış baş verib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, partlayışlar nəticəsində 22 nəfər şəhid olub, 32 nəfərsə yaralanıb.
Tasnim Xəbər Agentliyi bildirib ki, İŞİD partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.