Mayın 24-dən Nəcəfdə İmam Əli (ə.s) hərəmində Həzrət Cəfəri-Sadiqin (ə.s) şəhadət günlərinə hazırlıq başlayıb. Bu barədə ziyarətgahın mətbuat xidməti məlumat verib.

Hərəmin günbəz və minarələrində üzərində Həzrətin yazılmış qara parçalar asılıb. Hazırlıqlara, həmçinin ziyarətgaha aparan yollarda bayraq və şüarların asılması daxildir.

İmam Cəfəri-Sadiqin (ə.s) şəhadəti şəvval ayının 25-dir (27 may).