Kərbəlada hərəmdə baş verən yanğından sonrakı dağıntılar Həzrət Abbas (ə.s) hərəmənin əməkdaşları tərəfindən təmizlənib. Bu barədə mayın 24-də alkafeel.net xəbər verib.

Üç gün davam edən təmizlik işlərinin görülməsinə texnika və canlı qüvvə cəlb olunub. Hərəm yaxınlığında yerləşən boya bazarının girişi kiçik olduğundan traktorlar oraya daxil ola bilməyib. Bu səbəbdən əraziyə xüsusi mühəndis texnikası gətirilib.

Zərər dəyən dükanların sahibləri görülərən bu təşəbbüsə görə Əbəlfəzl Abbas (ə.s) hərəminə təşəkkürlərini bildiriblər.

Mayın 17-də İmam Hüseyn (ə.s) hərəmi yaxınlığında yanğın baş verib. Nəticədə 150 dükana zərər dəyib.