Bu gün, mayın 25-də Həcc ziyarəti üçün QMİ-yə müraciət edən olmayıb. Bu barədə Bizm.Media xəbər verib.

Həcc ziyarətinin 2 ildən artıq qapalı olmasına baxmayaraq, sənəd qəbulunun ilk günü ziyarət üçün QMİ-yə heç bir müraciət daxil olmayıb. Belə ki, mayın 25-dən etibarən ziyarət üçün sənəd qəbulunun başlanması elan edilib. Səfərin ümumi qiyməti isə 9106 manat təşkil edir. Bu isə 2020-ci ilə nisbətdə təqribən 1460 manat çoxdur. Lakin həmin il pandemiya səbəbindən Məkkəyə səfərlər ləğv olunmuşdu.

QMİ-nin Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov ziyarət qiymətinin yüksək olması barədə münasibət bildirməyib. Həmçinin o, səfərin 21 gün davam edəcəyini qeyd edib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı yaşı 65-dən çox olan zəvvarları Həcc ziyarəti üçün qəbul etmir.