Dünən, mayın 24-də ukraynalı xristian qadın İslamı qəbul etmək üçün Bakının Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənliyə müraciət edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Videoda göründüyü kimi, qadın hicab geyinməyə başlayıb. Qadın İslamı qəbul etmək şərti olan kəlimeyi-şəhadətini tələffüz etməyə çalışıb. İlahiyyatçı qadına şəhadət kəlməsinin rus dilinə tərcüməsini deyib, daha sonra isə onu ərəb dilində tələffüz etməyə yardım edib.

Bundan öncə, mart ayında Məşhəddə, İmam Rzanın (ə.s) hərəmində 33 yaşlı hollandiyalı xristian qadın İslamı qəbul edib.