Ayətullah Hacı Şeyx Əhməd İrəvani 1878-ci ildə Nəcəf şəhərində anadan olub. O, XX əsrin tanınmış İslam şəxsiyyətlərindəndir. İrəvaninin atası Ayətullah Hacı Şeyx Əbül Hüseyn İrəvani Nəcəfin böyük alimlərindən, qardaşı Ayətullah əl-Üzma Mirzə Əli İrəvani isə Nəcəf şiələrinin mərcəyi-təqlidlərindən biri olub.
Hacı Şeyx Əhməd orta və ali səviyyədə dini təhsilini Nəcəf şəhərində alıb.
İrəvani dini mərasimləri təşkil etmək üçün ildə bir neçə ay İranın Əhvaz şəhərinə gedir, ilin qalan aylarını isə Nəcəfdə olurdu.
Ömrünün sonlarında alim görmək qabiliyyətini itirir və evdə qalıb ibadətlə məşğul olur.
Ayətullah Hacı Şeyx Əhməd İrəvani Nəcəfi 1964-cü ildə vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.