Xaricdə dini təhsil almış şəxslər məscidlərə vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqədə iştirak edə biləcəklər. Bu barədə Report xəbər verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, bu, yalnız Komitənin razılığı ilə QMİ tərəfindən xaricdə təhsil almağa göndərilən şəxslərə aiddir.

Ötən ilin sentyabrında Gündüz İsmayılov sözügedən məsələyə münasibət bildirib. “İstər İran, istər başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur”, – deyə Gündüz İsmayılov qeyd edib. O, xaricdə qeyri-dini təhsil alanlar barədə də fikir bildirib. Sədr müavininin sözlərinə görə, riyaziyyat, mühəndislik, tibb və sair fənlər elm sayılır, din isə ideologiya. Dini təhsil cəmiyyətin və dövlətin təhlükə məsələsi ilə bağlıdır.