Hindistanın Mumbay şəhərində səsgücləndiricilər vasitəsilə azan vermək qadağa problemini sülh yolu ilə həll etmək üçün xüsusi mobil tətbiq hazırlanır. Bu barədə mayın 23-ü Freepressjournal xəbər verib.

Mumbay şəhərinin Maharaştra kollecinin son kurs tələbələri “Al İslah” adlı tətbiq hazırlayır. Tətbiq şəhərin məscidlərində gündə beş dəfə verilən azanı yayımlayacaq. Eyni zamanda, tətbiq məscidlərin məlumatlarını elan edəcək, vətəndaşların hər hansı problemlərinin həllinə köməklik göstərəcək.

Azan tətbiqinin may ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır. İlk olaraq tətbiq Mumbay Cümə Məscidi tərəfindən istifadə olunacaq. Daha sonra bu tətbiqi qəbul etməyə hazır olan bütün digər məscidlər qoşula bilər.

Qeyd edək ki, mayın 12-də Hindistanın böyük şəhərlərindən olan Mumbayda səsgücləndiricilər vasitəsilə azan vermək qadağan edilib. Məlumata görə, ölkədə 900-dən çox məsciddə azan səsinin kəsilməsi qərara alınıb. Bu hindistanlı müsəlmanların etirazlarına səbəb olub.