Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) din xadimləri ilə bağlı yeni qərar qəbul edib. Bu barədə mayın 24-ü İctimai TV xəbər verib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov mətbuat konfransında bildirib ki, diplomsuz və attestasiyadan keçməyən din xadimləri vəzifədən azad ediləcək.
“Diplomu olmayıb dini xidmət göstərənləri dərhal vəzifədən göndərmək doğru deyil, onlar mərhələli şəkildə müsahibədən keçmiş diplomlu şəxslərlə əvəzlənəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu gün ölkə məscidlərində vakant yerlər üçün müsahibə elan olunub.