Bu gün, mayın 24-də Azərbaycandan Həcc ziyarəti üçün ayrılan kvota və səfər qiyməti açıqlanıb. Bu barədə APA xəbər verib.

QMİ-dən verilən məlumata əsasən, vacib Həcc ziyarətinə səfərin qiyməti 9106 manat təşkil edir. Bu il Azərbaycandan 680 zəvvar qəbul olunacaq.

Ziyarətə sənəd qəbulu mayın 25-dən başlanacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına daxil olmazdan 72 saat əvvəl PCR testi verilməlidir. Yaşı 65-dən yuxarı olanlar bu il Həccə yollana bilməyəcək. Zəvvarlar mütləq şəkildə ən azı iki doza vaksinlə peyvənd olunmalıdırlar. Bunlar: Pfizer-BioNTech vaksini 2, Moderna 2, Oxford-Astrazeneca 2, Janssen 1, Covovax 2, Nuvaxovid 2, Sinopharm 2, Sinovac 2, Covaxin 2 və ya Rusiya istehsalı olan vaksinin 2 dozasıdır.