Azərbaycandan vacib Həcc ziyarətinə səfər tarixi məlum olub. Bu barədə mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

Zəvvarların iyun ayının 24-də yola düşəcəyi bildirilib. QMİ nümayəndəsinin sözlərinə görə, ziyarət iyulun 15-16-na kimi davam edəcək. Səfərin qiyməti barədə məlumat yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarətinə yalnız yaşı 65-dək olan zəvvarları qəbul edir. Üstəlik zəvvarlar mütləq şəkildə ən azı iki doza vaksinlə peyvənd olunmalıdırlar.