Bu gün, mayın 24-də Azərbaycan məscidlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub. Bu barədə Report xəbər verib.

Məlumata görə, ölkənin 40-a yaxın məscidinə din xadimləri toplanır. Həmin ibadət evlərinin adları və tələb olunan vəzifələr aşağıda sadalanıb:

  1. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – imam vəzifəsi
  2. Suraxanı rayonu, Bülbülə qəsəbə məscidi – imam müavini vəzifəsi
  3. Səbail rayonu, “Həzrət Məhəmməd” məscidi – imam vəzifəsi
  4. Yasamal rayonu, “İlahiyyat” məscidi – imam vəzifəsi
  5. Şirvan şəhəri, “Cümə” mascidi – imam vəzifəsi
  6. Şirvan şəhəri, “İmam Zeynalabdin” məscidi – imam vəzifəsi
  7. Şirvan şəhəri, “Həzrət Əbülfəz” məscidi – imam vəzifəsi
  8. Abşeron rayonu, Mehdiabad qəsəbə məscidi – imam vəzifəsi
  9. Xırdalan şəhəri, “Cümə” məscidi – imam vəzifəsi
  10. Zaqatala rayonu, Çobankol kənd məscidi – imam müavini vəzifəsi
  11. Zaqatala rayonu, Faldarlı kənd məscidi – imam müavini vəzifəsi
  12. Zaqatala rayonu, Lahıc kənd məscidi – imam müavini vəzifəsi
  13. Qax şəhəri, “Mərkəzi Cümə” məscidi – imam vəzifəsi
  14. Ağdaş rayonu, Ləki qəsəbə məscidi – imam vəzifəsi
  15. Lənkəran rayonu, Lüvəsər kand mascidi – imam müavini vəzifəsi
  16. Lənkəran rayonu, İstisu qəsəbə məscidi – imam müavini vəzifəsi
  17. Astara rayonu, Lovayn kənd məscidi – imam müavini vəzifəsi 18 Astara rayonu, Şuvi kənd məscidi- imam müavini vəzifəsi
  18. Biləsuvar rayonu, İsmətli kənd məscidi – imam müavini vəzifəsi
  19. Biləsuvar rayonu, “Cümə” məscidi – imam vəzifəsi
  20. Cǝlilabad şəhəri, “Cümə” məscidi – imam mūavini vəzifəsi
  21. Xaçmaz şəhəri, “Təzə şəhər” məscidi – imam müavinı vəzifəsi
  22. Xaçmaz rayonu, Xudat kənd məscidi – imam müavini vəzifəsi
  23. Göyçay rayonu, Aşağı Qaraməryəm kənd məscidi – imam müavini vəzifəsi
  24. İmişli şəhəri, “Məşədi Həbib” məscidi – imam vəzifəsi
  25. İmişli şəhəri, “Cümə” məscidi – imam müavini vəzifəsi
  26. İsmayıllı rayonu, “Məhəmmədiyyə” məscidi – imam vəzifəsi
  27. Qobustan şəhəri, “Cümə” mescidi – imam müavini vəzifəsi
  28. Quba şəheri, “Ağməscid” məscidi – imam vəzifəsi
  29. Quba rayonu, Ağbil kənd mascidi – imam müavini vəzifəsi
  30. Ağcabədi rayonu, Avşar kənd məscidi – imam müavini vəzifəsi
  31. Oğuz rayonu, Kərimli kənd mascidi – imam vəzifəsi
  32. Siyəzən şəhəri, “Cümə” məscidi – imam vəzifəsi
  33. Yardımlı şəhər məscidi – imam vəzifəsi
  34. Masallı rayonu, Təzəkənd kənd məscidi – imam müavini vəzifəsi
  35. Masallı rayonu, Ağakişibəyli kənd məscidi – imam müavini vəzifəsi
  36. Daşkəsən şəhəri, “Cümə” məscidi – imam vəzifesi
  37. Neftçala şəhəri, “Sahib əz-Zaman” məscidi – imam vəzifəsi
  38. Şəmkir rayonu, Düyərli kənd məscidi – imam vəzifəsi

Bundan əlavə, mayın 24-də Azərbaycanda məscid və ziyarətgahlarda din xadimlərinin təyin olunması üçün Attestasiya Komissiyası yaradılıb.