Mayın 24-də Azərbaycanda məscid və ziyarətgahlarda din xadimlərinin təyin olunması üçün Attestasiya Komissiyası yaradılıb. Bu barədə Report xəbər verib.

Məlumata görə, komissiyanın tərkibinə 7 şəxs daxildir. Bunlar:

  1. Gündüz Kamil oğlu İsmayılov
  2. Mehman Qurban oğlu İsmayılov
  3. Cahandar Fərhad oğlu Əlifzadə
  4. Nahid Qadir oğlu Məmmədov
  5. Elnarə İslam qızı Kərimova
  6. Mirniyaz Mürsəl oğlu Mürsəlov
  7. Əhməd Seyful oğlu Niyazov

Azərbaycanda din xadimləri beş ildən bir attestasiyadan keçəcək. Dövlət Komitəsinin sədr müavini bildirib ki, attestasiyadan həm din xadimləri, həm də din xadimi olmaq istəyənlər keçəcək. İmtahanda iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq.