Mayın 22-də Tacikistan şiələrinin lideri Məhəmməd Baqir Məhəmməd Bağırov şəhid edilib. Bu barədə mayın 23-də shia-news xəbər verib.

Məlumata görə, dini lider ölkənin Xaruk şəhərinin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilib. Onun təqribən saat 17:30-da şəhid edildiyi bildirilib.

Tacikistanın rəsmi mənbələri məsələ ilə bağlı açıqlama verməyib. Dini liderin kim tərəfindən öldürüldüyü də hələ ki məlum deyil.

Məhəmməd Baqir Məhəmməd Bağırov Tacikistanın Bədəxşan bölgəsindəki şiə liderlərindən biri sayıldı.