Bu gün, mayın 23-ü Nəcəfdə yenidən toz fırtınası baş tutub. Bu barədə İmam Əli (ə.s) hərəminin mətbuat xidməti məlumat verib.

İraqdakı qum fırtınası dörd min insanın xəsarəti ilə nəticələnib. İki həftədən çox davam edən fırtına insanların tənəffüs yollarında problemlər yaradıb. Mayın əvvəlində də İraqın Nəcəf, Kərbəla, Bağdad və bir sıra şəhərlərində toz fırtınası müşahidə olunub. Nəticədə yüzlərlə insan xəsarət alıb. Minə yaxın insanın tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.