Mayın 22-də Gürcüstanın din xadimləri Şuşa məscidlərinə səfər ediblər. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verib.

Nümayəndə heyəti Yuxarı Gövhər Ağa, Çuxur Məhəllə və Seyidli məscidlərinə baxış keçiriblər. Qonaqlara əvvəllər Şuşada olan məscid sayı barədə məlumat verilib. Belə ki, qədim Şuşada 17 məhəllə olub və onların hər birində məscid yerləşib.

Mayın 20-dən Gürcüstanın din xadimləri Azərbaycanda səfərdədirlər. Səfərin növbəti günü ilahiyyatçılar Ağdama yollanıblar. Orada onlar şəhərin Cümə məscidini ziyarət edib, orada namaz qılıblar.

Şuşa