6 illik qadağadan sonra yüzlərlə bəhreynli İmam Sadiq (ə.s) məscidində cümə namazı qılıblar. Bu barədə mayın 23-ü Operativ.tv xəbər verib.

Son illər Əl-Xəlifə rejimi dini şüarlarla mübarizə məqsədilə sözügedən məsciddə cümə namazlarının qılınmasını qadağan edib.

Bəhreyn İslam Alimləri Şurasının sədri Hüccətül-İslam Məcid Əl-Məşəl dəfələrlə qadağanı pozaraq məsciddə camaat namazını qılıb. Bu səbəbdən ölkədəki rejim alimi qadağanı pozmamaq üçün yazılı öhdəlik imzalamağa məcbur edib. Əlavə olaraq, alimin xütbə söyləməsinə də qadağa qoyulub.