Aprelin 30-dan mayın 21-dək İmam Rza (ə.s) hərəmində iki yanğın hadisəsi qeydə alınıb.

SalamNews-nun verdiyə xəbərə əsasən, 21 may tarixində Gövhərşad məscidinin yuxarı mərtəbəsində yanğın baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində hadisənin qarşısı alınıb. Məlumata görə, yanğından xəsarət alan olmayıb.

Daha öncə, aprelin 30-u hərəmin Həzrət Zəhra (s.ə) səhnindəki binaların birində yanğın hadisəsi qeydə alınıb. Yanğın təmizləyici maşınlardan birinin alışması nəticəsində baş verib. Burada da xəsarət alanların olmadığı bildirilib.

İmam Rza hərəmində yanğın