Ayətullah Hacı Molla Mirzə Əhməd Müctəhid Şirvani XVIII əsrin ortalarında Şirvanda mahalında anadan olub. O, Qafqaz bölgəsinin alimlərindən və məşhur fəqihlərindən olub.

Şirvani ali dini təhsilini İranda və İraqda (Nəcəfdə) alıb. İctihad məqamına yetişdikdən sonra o, Şirvana qayıdır və bu məntəqədə müsəlmanlara başçılıq edir. İran-rus muharibəsi zamanı alim öz dostları və tərəfdaşları ilə ruslarla mübarizəyə başlayıb. Ayətullah Mirzə Əhməd Şirvani Qafqaz əhalisini ruslara qarşı cihada dəvət edib.

Bununla əlaqədar, alimlərin və camaatın təkidi ilə o, Lənkərana köçür. Müharibədə İran məğlub olduğu üçün Lənkəran rus imperiyasının hakimiyyəti altına düşür.

Rus hakimiyyəti Ayətullahı nüfuzuna görə, onu həbs edə bilmirdi. Nəticədə, ruslar Fətəli Şaha məktub yazaraq, göstəriş verir ki, o, Molla Mirzə Əhmədə xəbərdarlıq edsin ki, müsəlmanların rus ordusuna qarşı mübarizəsində başçılıq etməkdən əl çəksin. Bu məktubdan sonra, Fətəli Şah Molla Əhmədə aşağdakı məzmunda bir məktub yazır: Sizin Allah yolunda cihad hesab olunan mübarizəniz bizim üçün çətinliklər yaradır. Bu mübarizədə bizi səbəbkar hesab edirlər. Bəlkə də bizim onlarla sülh müqaviləsi bağladığımıza görə sizin mübarizə aparmağınız məsləhət deyil.

Hacı Molla Əhməd bu məktubu aldıqdan sonra təsirlənir və bir gün səbr edir. 11 oğlunu yanına çağırıb vəsiyyətlərini edir, şəri və mübarizə işlərini onlara tapşırır və böyük oğlu Hacı Şeyx Əbdül Əziz Müctəhidi bu məntəqənin dini və siyasi rəhbəri təyin edir. Ertəsi gün, sübh namazında səcdə halında vəfat edib.

Qafqaz əhalisi onun qəbri üçün türbə düzəldib. Bu günə qədər onun məqbərəsi müsəlmanların ziyarətgahına çevirilmişdir.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
  3. www.ahlibeyt.ge
  4. news.milli.az