Mirzə Zeynal-Abidin Şirvani 1759-cu ildə ruhani ailəsində anadan olub. O, Şamaxı şəhərinin adlı-sanlı alimlərindən olan Molla İsgəndərin oğludur.

Mirzə Zeynal-Abidinin 6 yaşı olanda ailəsi ilə birlikdə Kərbəla şəhərinə köçüb. Orada atasından və ali savadlı müəllimlərdən 12 il təhsil alır və dini elmlərə sahib olub.

Daha sonra Mirzə Zeynal-Abidinin Şirvani Bağdad şəhərinə köçür. O, 25 il ərzində müxtəlif İslam ölkələrinə səyahət edir.

Şirvani bu uzun səfərlərdə hər bir şəhərə çatanda oranın arifləri, alimləri və adlı-sanlı şəxsiyyətləri ilə görüşür, onlardan elmi təhsil alıb. Hər bir məntəqədə alimlər və ariflər onu təntənə ilə qarşılayır və xahiş edirdilər ki, burada bir dəfəlik, sakin olsun ki, onun biliklərindən istifadə etsinlər. Lakin alim İrana qayıdır.

Burada o, şəhərdən şəhərə sürgün edilir. Sonda alimin dostları onu Şiraz şəhərinə dəvət edirlər. Lakin Şirazda Mirzə Zeynal-Abidinin Şirvani incidirlər. Bu səbəbdən, o şəhəri, qarqış edərək, tərk edir.

Bundan sonra şəhərdə zəlzələ baş verir. Nəticədə, əhalinin əksəriyyəti torpağın altında qalır.

Məhəmməd Şah Qacar hakimiyyətə gələndən sonra Şirvanini Şiraza dəvət edir. O, orada mədrəsə də dərs deməyə başlayır.

Mirzə Zeynal-Abidinin Şirvani 1838-ci ildə Həccə gedərkən, Ciddə şəhərində vəfat edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.