Hindistanın heydərabad şəhərindən olan müsəlman İmam Rzanın (sə.) ziyarətindən sonra öz təəssüratları ilə bölüşüb. Bu barədə mayın 20-də İslamazeri.com xəbər verib.

32 yaşlı zəvvar hərəmin böyük olmasına baxmayaraq orada zəvvarların rahatlığının təmin olunduğunu bildirib. O, hərəm xidmətçilərinin çox diqətli və təvazökar olduqlarını da qeyd edib. “Hərəmə gəldikdən sonra buradakı mənəvi ab-havanı gördükdən sonra, insanın beynində heç bir stress və narahatçılıq qalmır. İnsan burada mənəvi rahatlığa qovuşur”, – deyə hindistanlı ziyarətçi əlavə edib.