Mayın 20-də Gürcüstanın din xadimləri Azərbaycan İlahiyyat İnstitutunda olublar. Bu barədə Report xəbər verib.

Qonaqlar ilk öncə təhsil müəssisəsinin şəraiti ilə tanış olublar. Daha sonra onlara institutun fəaliyyəti ilə bağlı məlumat verilib. Görüşdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, təhsil ocağının prorektoru Mirniyaz Mürsəlov iştirak ediblər.

Nümayəndə heyəti, həmçinin Heydər məscidini ziyarət ediblər, orada qılınan namaza qoşulublar.

Mayın 20-dən Gürcüstanın din xadimləri Azərbaycanda səfərdədirlər. Nümayəndə heyətinə QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Gürcüstan Müsəlmanlarının şeyxi Hacı Ramin İgidov və digər ilahiyyatçılar daxildir.

Gürcüstanın din xadimləri