Bu gün, mayın 21-də Gürcüstanın din xadimləri Ağdam Cümə məscidini ziyarət ediblər. Bu barədə Report xəbər verib.

Ağdama səfər çərçivəsində din xadimləri, həmçinin Mədəniyyət evi və Şəhidlər xiyabanında olublar. Burada qonaqlar ermənilərin törətdiyi vandallığı müşahidə ediblər.

Hazırda din xadimlərinin səfərinin davam etdiyi bildirilib.

Mayın 20-dən Gürcüstanın din xadimləri Azərbaycanda səfərdədirlər. Həmin gün nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda və Heydər məscidində olublar.