Böyük Britaniyanın Derbi şəhərində orta məktəbdə namaz otağı yaradılıb. Bu barədə mayın 21-də az.shafaqna.com xəbər verib.

Məlumata görə, sözügedən təşəbbüs məktəbin direktoru tələfindən görülüb. Belə ki, o, təhsil ocağında müsəlman şagirdlərin namaz qılmaları üçün şəraitin olmamasını xəbər aldıqdan sonra belə bir otağının yaradılmasını qərara alıb.

“Mən məktəbimizdə müsəlmanlara göstərilən diqqəti çox yüksək qiymətləndirirəm“, – deyə 8-ci sinif şagirdi bildirib.

Azərbaycanda isə hazırda heç bir məktəbdə namaz otağı yoxdur. Lakin bəzi ali təhsil ocaqlarında ibadət otağları fəaliyyət göstərir.