Peyğəmbərdən (s) nəql olunur: “Müsəlmanın müsəlman üzərində 30 haqqı vardır ki, onu yerinə yetirmədikcə və ya halallıq istəmədikcə ondan ayrılmaq mümkün deyil”.

Müsəlmanların biri-biriləri üzərində 30 haqq var. Hər kəs müsəlman qardaş və ya bacısının haqqına girmiş olsa, Qiyamət günü sorğu-sual olunar. Bu şəxs qarşı tərəfə öz savabını verməli olacaq və yaxud onun günahlarını boynuna götürəcək.

İmam Həsən (ə.s) buyurmuşdur: “Din qardaşlarının haqqını bilmək insanı Allah yanında sevimli və Allaha yaxın edir. Əgər kimsə bu hüquqlara riayət etməkdən imtina edərsə, bu, onun Allah yanında məqamının azalmasına və Allahın həmin şəxsə qəzəblənməsinə səbəb olar. Beləliklə, birinci mərhələ hüquqların tanınması, ikinci mərhələ isə hüquqların həyata keçirilməsidir”.

Müsəlmanın müsəlman üzərində olan 30 haqqı aşağıdakılardır:

  1. Onun xətalarını bağışlamaq. 2. Giriftar olan zaman onunla mehriban olmaq. 3. Şəxsi sirrini saxlamaq. 4. Eyiblərini aradan qaldırmaq. 5. Üzrünü qəbul etmək. 6. Pisliklərini inkar etmək və onun qeybətini edənlər qarşısında onu müdafiə etmək. 7. Dostluğunu qorumaq. 8. Davamlı olaraq ona nəsihət vermək və onun xeyirxahı olmaq. 9. Əhdini sındırmamaq və əhdinə vəfa etmək. 10. Xəstə olan zaman onu ziyarət etmək. 11. Cənazə mərasiminə getmək. 12. Dəvətini qəbul etmək. 13. Hədiyyəsini qəbul etmək. 14. Verdiyi hədiyyənin əvəzini vermək. 15. Ehsan edən zaman ona təşəkkür etmək. 16. Onun üçün yaxşı yoldaş olmaq. 17. Onun namusunu öz namusu kimi qorumaq. 18. Ehtiyaclarını aradan qaldırmaq. 19. Çətinliklərinin həll olması üçün şəfaətçi olmaq. 20. Asqıran zaman onun üçün salamatlıq istəmək. 21. İtirdiyini tapmaq. 22. Salamına cavab vermək. 23. Sözlərini yaxşı hesab etmək. 24. Mükafatını yaxşı vermək. 25. Andlarını təsdiq etmək. 26. Onu sevmək və onunla düşmənçilik etməmək. 27. Ona zalım olsa da, məzlum olsa da, yardım etmək. Zalıma yardım  onu zülmündən imtinaya sövq etmək deməkdir. Məzluma yardım etmək ona haqqını almaqda kömək etməkdir. 28. Onu çətinliklər zamanı tək qoymamaq. 29. Yaxşılıqlardan o şeyi ki, özü üçün istəyər, onun üçün də istəmək. 30. Pislikdən o şeyi ki, özü üçün istəmir, onun üçün də istəməmək.

Mənbələr:

  1. İQNA
  2. Günün Səsi