Kərbəlada yerləşən İmam Hüseyn (ə.s) hərəmi toz fırtınasından sonra hərəmin işçiləri tərəfindən təmizlənib. Bu barədə İmamhussain.org xəbər verib.

İraqdakı qum fırtınası dörd min insanın xəsarəti ilə nəticələnib. İki həftədən çox davam edən fırtına insanların tənəffüs yollarında problemlər yaradıb. Mayın əvvəlində də İraqın Nəcəf, Kərbəla, Bağdad və bir sıra şəhərlərində toz fırtınası müşahidə olunub. Nəticədə yüzlərlə insan xəsarət alıb. Minə yaxın insanın tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.