Ayətullah Hacı Şeyx Hüseyn Lənkərani 1891-ci ildə Tehran şəhərində anadan olub. O, tanınmış fəqih və din uğrunda mübarizə aparan alimlərdən biri idi.
1923-cü ildə Rzaxan ölkədə cümhuriyyət elan olunması tələbi ilə Lənkərani Ayətullah Şəhid Mudərrislə birlikdə hökumətə qarşı mübarizəyə başlayırlar. 1919-cu il müqaviləsi onların hökumətə qarşı göstərdiyi təzyiqlər nəticəsində ləğv edildikdən sonra, Şeyx “Tarix muhakimə edir: İngilis-İran, London-Tehran” başlığı ilə elanlar yazıb paylayır.
1924-cü ildə alim, fəqih və müctəhidlərin İraqdan çıxarılmasına etiraz olaraq, Şeyx Hüseyn Lənkərani bu əmələ qarşı çıxır. Lənkərani onunla bir fikirdə olanlarla Tehranın Soltan məscidində yığışır və qəzet çap etmək qərarına gəlirlər. Onlar qəzetlər nəşr edib, ölkədə olan məsələlər barəsində öz fikirlərini çatdırırlar. Qəzetin 7-ci buraxılışından sonra, Lənkərani bu işin məsuliyyətini tamamilə öz üzərinə götürür və qəzeti “İslam birliyi” adlandırır. Lakin bu qəzet 12-ci nömrəsinə qədər çap edilir. Buna səbəb isə Lənkəraninin 1924-cü ildə hakimiyyət tərəfindən həbs edilməsidir. Həbsdən sonra o, Məşhəd şəhərinə sürgün edilir.
Rza xan onun camaat içində olan böyük nüfüzundan qorxduğundan, Lənkəraninin gizlicə edam olunması hökmünü verir. Lakin Lənkərani bundan xəbər tutur və Rzaxana məktub yazır. Məhz bu məktubdan sonra Rzaxan onun ölüm hökmünü ləğv edir.
Sürgündən sonra o, Tehranın Səngələc məhəlləsinə qayıdır. Bu haqda “No-bahar” qəzetində onun qarşılanmasının şəkli qoyulub və “böyük şəxsiyyəti qarşılamaq üçün Tehranda son əsrdə heç vaxt bu qədər əhali olmadığı” yazılıb.
İranın 14-cü seçkilərində Şeyx Lənkərani Ərdəbil əhalisi tərəfindən nümayəndə seçilir.
1940-cı illərdə amerikanlı Doktor Milispur İrandakı idarələrin birində yüksək vəzifədə işləyərək, əhalinin malını mənimsəməklə məşğul olur. 1944-cü ildə Lənkərani bu işdən xəbərdar olandan sonra, bir məclisdə ona qarşı etiraz olaraq çıxış edir. Bu hadisədən sonra Milispur öz vəzifəsindən istefa verir. Xomeyni “İkrali hezar risalə” kitabına qarşı olaraq, “Kəşful-əsrar” kitabını yazarkən Lənkərani ilə tanış olur. Lənkərani ömrünün sonuna kimi Xomeyni ilə dost idi.
Ayətullah Hacı Şeyx Hüseyn Lənkərani 1989-cu ildə Tehranda vəfat edir və Şah Ədbül-Əzim hərəmində dəfn olunur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.