İspaniya bir çox İslam memarlığını əks etdirən abidələrə evsahibliyi edir. Bunlar İslam məscidləri, sarayları və qalalarıdır. Bu barədə Shianews məlumat verib.

Eramızın səkkizinci əsrindən on beşinci əsrə qədər Avropanın cənub-qərbində yerləşən İspaniya İslam hakimiyyəti altında olub. Hakimiyyətin süqutuna baxmayaraq, bu memarlıq abidələri hələ də qorunub saxlanılır. Abidələr, hətta İspaniyaya turizmin canlanmasında töhfə verib. Hər il minlərlə turist bu abidələri ziyarət edir.

Qranadadakı Əlhamra Sarayı

Saray İspaniyanın cənubundakı Qranada şəhərinin şərq hissəsindəki dağlıq ərazidə yerləşir. Əlhamra Sarayı İspaniyada İslam memarlığını və incəsənətini ən çox əks etdirən yerlərdən biridir və dünyanın ən məşhur turistik yerlərindən biri hesab olunur. Kompleksdə məscidlər, evlər, hamamlar, bağlar, anbarlar və qəbiristanlıq mövcuddur. Abidənin divarları keramika plitələr, daş və ağac üzərində oymalar, mürəkkəb çiçək ornamentləri və ərəb qrafikası ilə bəzədilib.

Malaqa Alkasaba sarayı

Saray XI əsrin əvvəllərində inşa olunub. Alkasaba sarayı İslam memarlığı nümunəsidir və İspaniyanın ən görkəmli turistik yerlərindən biri hesab olunur. Abidə şəhərin mərkəzində, yüksək dağlıq ərazidə yerləşir. Alkasaba sarayı müxtəlif tərəfdən keçilməz divar, eləcə də bir sıra müdafiə qüllələri ilə əhatə edilmişdir və hərbi məqsədlər üçün istifadə olunmuşdur. Lakin hazırda yalnız iki daxili divar saxlanılıb.

Sevilya sarayı

Sevilya Alkazarı Qranadadakı Əlhambradan kiçikdir. Bu sarayın inşa tarixi mənbələrə görə fərqlənir. Saray müsəlman padşahları üçün inşa edilib. 700 il ərzində bu abidə İspan krallarının sarayı olub. Hazırda kral ailəsi tərəfindən Sevilyadakı rəsmi iqamətgah kimi istifadə olunur. Saray 1987-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.